Bu məqaləni vikiləşdirmək lazımdır. |
NTFS (New Technology File System) – Yeni texnologiya fayl sistemlərinin kompüterlərin saxlama mühitlərini istifadə etməyini təmin edir. Windows ilə istifadə olunan 2 əsas fayl sistemi mövcuddur: FAT və NTFS.
Microsoft-un əməliyyat sistemlərindən biri olan Windows NT əməliyyat sistemini NTFS fayl sistemi olmadan təsəvvür etmək olmaz. O, mövcud fayl sistemlərinin ən müvəffəqiyyətlisidir. NTFS istər şəbəkə məsələlərində, istərsə də İnternet mühitində digər fayl sistemlərinin verə bilmədiyi üstünlüklərə malikdir. Funksional nöqteyi nəzərdən NTFS, Linux əməliyyat sistemlərinin istifadə etdiyi fayl sistemlərinə (Ext 2/3, ReiserFS) daha uyğundur. NTFS bütün faylları həm istifadəçi, həm də sistem tərəfindən təyin olunan atributlu obyektlər kimi emal etməklə obyekt-yönlü tətbiqi proqramları dəstəkləyir.